Ağsu rayonunda yanğın olub.
APA-nın yerli bürosunun xəbərinə görə Ağsu şəhərindəki mərkəzi bazarın yanında yerləşən və sahibkar, 1950-ci il təvəllüdlü İsmayılov Mustafa Əbil oğluna məxsus ümumi sahəsi 345 kvadratmetr olan çörəkbişirmə sexində baş verən yanğının söndürülməsinə Ağsu, İsmayıllı və Kürdəmir Dövlət Yanğından Mühafizə hissələrinin 5 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub.
Hadisə zamanı müəssisənin 313 kvadratmetrlik hissəsi yanıb, ona birləşik 345 kvadratmetrlik digər ticarət obyekti və yaxınlıqdakı bazar alovdan mühafizə edilib. Yanğın saat 12:30 radələrində tam söndürülüb. Hadisə zamanı xəsarət alan olmayıb.
Yanğının hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
***
13.24
Ağsu rayonunda ümumi sahəsi 345 m2 olan çörək sexinin yanar konstruksiyaları 313 m2 sahədə yanıb.
FHN-dən APA-ya verilən məlumata görə, sexin qalan hissəsi və yaxınlıqdakı digər obyektlər yanğından mühafizə olunub.
Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.