Bakı. Hafiz Heydərov - APA. Azərbaycanda istirahət günləri baş verən yol qəzalarında 6 nəfər dünyasını dəyişib.
Bu barədə APA-ya Daxili İşlər Nazirliyindən bildirilib.
Məlumata görə, həftənin şənbə-bazar günləri respublikanın avtomobil yollarında 12 yol- nəqliyyat hadisəsi qeydə alınıb, nəticədə 6 nəfər ölüb, 31 nəfər xəsarət alıb.
Qəzaların böyük əksəriyyəti sürət həddinin aşılması nəticəsində meydana gəlib.