Bakı. Fuad Cəfərov - APA. Bakıda polis idarəsinin işçisi sevgilisini boğaraq öldürüb. Nəsimi Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, Nizami Rayon Polis İdarəsində kuryer işləyən 1990-cı il təvəllüdlü Şamil Qəhrəman oğlu Bədəlov sevgilisi, 1980-ci il təvəllüdlü iki uşaq anası Yeganə Fəxrəddin qızı Məmmədovanı boğaraq qətlə yetirib. Hadisəni törədən Ş. Bədəlov tutulub.
Faktla bağlı araşdırma aparılır.