APA-nın məlumatına görə, prosesdə məhkəmə istintaqının başa çatdığı elan olunub.
Proses sentyabrın 27-də davam etdiriləcək. Həmin gün dövlət ittihamçısı təqsirləndirilən şəxsə iş istəyəcək.
Qeyd edək ki, Feyzi Bəhrəm Həsən oğlu Cinayət Məcəlləsinin 214-cü (terrorçuluq), 206-cı (qaçaqmalçılıq), 276-cı (casusluq) və 234-cü (qanunsuz olaraq narkotik vasitələri hazırlama, istehsal etmə, əldə etmə, saxlama) maddələri ilə ittiham edilir.