Bakı. Hafiz Heydərov – APA. Bakıda 38 yaşlı kişi elektrik cərəyanı vurması nəticəsində ölüb.
Qaradağ rayon Polis İdartəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Müşfiqabad qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 38 yaşlı Mövlan Hacıyev elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.