Bakı. Hafiz Heydərov - APA. Bakıda əsən güclü küləklər nəticəsində qırılan ağaclar 3 avtomobilin üzərinə düşüb.
APA-nın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, oktyabrın 8-də paytaxtda əsən güclü külək nəticəsində ağaclar qırılaraq Səbail rayonunun Ü.Hacıbəyov küçəsində Bakı şəhər sakinləri Fuad Rzayevə məxsus “Subaru”, Xəqani küçəsində Mehman Hüseynzadəyə məxsus “Hyundai”, Xətai rayonunun Y. Səfərov küçəsində isə Bakı şəhər sakini Ramin Ərəbxanovun idarə etdiyi “Toyota” markalı avtomobillərin üzərinə düşüb.
Avtomobillərə qismən ziyan dəyib.