APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.
Xilasedicilər beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilin qapısını təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə bayır tərəfdən açıblar.
Mənzilə baxış keçirilərkən köməksiz vəziyyətdə aşkarlanmış vətəndaş hadisə yerinə çağırılan Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil verilib.