Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda soyğunçuluq faktı qeudə alınıb.
Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Səbail rayon Polis İdarəsi və 9-cu Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı sakini Sevil İsmayılovayanın boyunbağını qoparıb qaçaraq soyğunçuluq etməkdə şübhəli bilinən Masallı rayon sakini Zaur Əsgərov və Ziya Əliyev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.