Bakı. Fuad Cəfərov - APA. Bakıda quldurluq edən Gürcüstan vətəndaşları tutulub.
APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, martın 31-də paytaxtın Nizami rayonu Naxçıvanski küçəsində şəxsiyyəti məlum olmayan 2 nəfər Bakı şəhər sakini Natella Rəhimovaya zor tətbiq edərək 95 manatını alıb.
Çevik Polis Alayı və Nizami Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə hadisəni törətmiş Gürcüstan vətəndaşları Paata Kakutia və Yaşa Kakutia tutulublar.