Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda oğurluq edən şəxs tutulub.
APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, Yasamal RPİ 29-cu Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 30-da paytaxt sakini Adilə Həsənovaya məxsus evdən 1000 manat pul oğurlamış tanışı, həmyerlisi Yuliya Barikina saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.