Bakının Nərimanov rayonunda yanğın baş verib.
APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Nərimanov rayonunda doqquzmərtəbəli yataqxananın 3-cü mərtəbəsində, pilləkən qəfəsində elektrik sayğacları yanıb.
Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.