Gəncədə avtomobil piyadanı vurub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhər sakini, 1993-cü il təvəllüdlü Kərimova Jalə Fizuli qızı yolu keçən zaman avtomobillə vurulub. Dərhal xəstəxanaya yerləşdirilən J. Kərimovanın vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.