Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Bolnisi rayonunun Darbaz kəndində güclü yanğın baş verib.
APA-nın yerli bürosu Gürcüstanın Fövqəladə Halların İdarə olunması Agentliyinə istinadla xəbər verir ki, dağ yamacında baş vermiş yanğının söndürülməsində 60-a yaxın yanğınsöndürən iştirak edib. Yanğın nəticəsində quru yarpaqlar və ot örtüyü yanıb.
Yanğının yenidən baş verməsi təhlükəsi olduğundan yanğınsöndürənlər ərazini tərk etmirlər.