Bakı. Fuad Cəfərov - APA. İsmayıllı rayon sakinindən silah götürülüb. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, avqustun 28-də İsmayıllı rayonunun Hacıhətəmli kənd sakini Əlvan Allahverdiyev Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək avqustun 27-də həmkəndlisi Əli Hüseynovun münaqişə zəminində ona və qardaşı Ramazana tərəf ov tüfəngindən 1 dəfə atəş açdığını bildirib.
İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ə.Hüseynov saxlanılıb, ondan müvafiq sənədləri olmayan ov tüfəngi götürülüb.
İsmayıllı Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.