Bakı. Hafiz Heydərov - APA. Kürdəmirdə qətl törədilib.
APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, iyulun 30-da Kürdəmir rayonunun Sığırlı kəndində kənd sakini Elman Rüstəmov münaqişə zəminində keçmiş arvadı Gülər Mütəllimovaya bıçaqla xəsarət yetirib, nəticədə o, hadisə yerində ölüb.
Kürdəmir Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Rüstəmov tutulub.