Bakı. Hafiz Heydərov – APA. Kürdəmirdə qətl törədilib.
Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, rayon sakini, 1983-cü il təvəllüdlü Mətləb Nizamov yaşadığı evdə ailə-məişət münaqişəsi zəminində atası, 1955-ci il təvəllüdlü Əflatun Nizamovu bıçaqlayaraq öldürüb.
Hadisəni törədən M.Nizamov tutulub.
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.