Lənkəranda avtomobil piyadanı vurub.
APA-nın Cənub bürosunun verdiyi məlumata görə, hadisə “Mikrorayon” deyilən ərazidə baş verib.
Lənkəran sakini, 1973-cü il təvəllüdlü Bahar Həbibova yolu keçmək isdəyərkən “Hyundai” markalı avtomobil tərəfindən vurulub. O, dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Artıq onun vəziyyətinin yaxşılaşdığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.