Bakı. Fuad Cəfərov – APA. Mingəçevirdə batma təhlükəsi ilə üzləşən şəxs xilas edilib.
APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Mingəçevir şəhərində 1 nəfər su anbarında (xilasetmə məntəqəsinin ərazisində) çimərkən batmaq təhlükəsi ilə üzləşib.
Vətəndaş FHN-in dalğıc-xilasediciləri tərəfindən xilas edilib.