Özünü deputatın qohumu kimi təqdim edərək dələduzluq etməkdə təqsirləndirilən qadına hökm oxunub

Özünü deputatın qohumu kimi təqdim edərək dələduzluq etməkdə təqsirləndirilən qadına hökm oxunub
# 05 oktyabr 2016 08:48 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Nigar Əhmədovanın məhkəmə prosesi başa çatıb. APA-nın məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, N. Əhmədova 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, N.Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunur.

Məlumata görə, o, özünü deputat Vahid Əhmədovun qardaşı qızı kimi təqdim edərək, Rüfət Əliyevi "Kapital Bank"a filial müdiri vəzifəsinə düzəldəcəyini deyib və 32 500 dollar pulunu mənimsəyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR