Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitə saxlamaqda təqsirləndirilən Aqşin Salmanovun məhkəməsi davam etdirilib.
APA-nın məlumatına görə, iclasda çıxış edən prokuror onun 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Proses fevralın 1-də davam edəcək.
Qeyd edək ki, A. Salmanov qaydasız döyüşlə məşğul olub. "Ruslan" döyüş klubunun təmsilçisi Aqşin Salmanov bir çox yarışa iştirak edib.
O, Cinayət Məcəlləsinin 234-cü (narkotik vasitə saxlama) maddəsi ilə ittiham olunur.