Fövqəladə Hallar Nazirliyinin Böhran (FHN) Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Kür çayının Qazax rayonu, Birinci Şıxlı kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.
APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və vətəndaşın axtarışına başlanılıb.