APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə Qəbələ rayonu, dağlıq ərazidə 2,5 ha sahədə meşə zolağı yanıb.
Meşə zolağının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 20:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.