Bakı – APA. Qusar rayonunda yol qəzası baş verib.
APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, Qusar rayonu, Hil kəndində “Mercedes” markalı minik avtomobili ağaca çırpılıb.
Hadisə yerinə FHN-in müvafiq xilasetmə qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, avtomobildə olan bir sərnişin xəsarət alaraq nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb.
Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə sərnişini avtomobildən çıxarıb, aidiyyəti üzrə təhvil veriblər.
Qusarda maşın ağaca çırpılıb, bir nəfər xəsarət alıb
22 iyun 2014 08:08 (UTC +04:00)