Şəkidə zəhərlənmə hadisəsi baş verib.
Şəki Mərkəzi Rayon Xəstəxanasından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, bu gün saat 13:00 radələrində Şəki şəhər sakini, 1998-ci il təvəllüdlü Aynur Nemət qızı İsgəndərova zəhərlənmə əlamətləri ilə xəstəxananın reanimasiya şöbəsinə daxil olub.
Müayinə zamanı məlum olub ki, 4 ayın gəlini olan Aynur İsgəndərova sirkə turşusundan zəhərlənib. Hazırda onun vəziyyətinin orta-ağır olduğu bildirilir.
Şəki Şəhər-Rayon Polis Şöbəsindən APA-ya bildirilib ki, hadisə A. İsgəndərovanın yaşadığı ünvanda baş verib. A. İsgəndərova su əvəzinə bilməyərək sirkə turşusu qəbul edib.
Faktla bağlı araşdırma aparılır.