Tovuzda zəhərlənmə olub.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Əyyublu kənd sakini 1991-ci il təvəllüdlü Elnur Məmmədov sirkə turşusundan zəhərlənmə əlaməti ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin normal olduğu bildirilir. E. Məmmədovun hansı şəraitdə zəhərləndiyi məlum deyil.