Bakı. Hafiz Heydərov – APA. Ukraynada cinayət törədən şəxs Azərbaycanda tutulub.
Şəmkir Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, şöbə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ukrayna Cinayət Məcəlləsinin 121-ci maddəsi (qəsdən sağlamlığa ağır zərər vurma) ilə axtarışda olan Nurəddin Əsədov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.