Bank Of Baku

Xəzər rayonunda evdən 35 min manat pul oğurlayan şəxs saxlanılıb

Xəzər rayonunda evdən 35 min manat pul oğurlayan şəxs saxlanılıb
# 31 avqust 2024 11:29 (UTC +04:00)

Xəzər rayonu Zirə qəsəbəsindəki evlərin birindən 35000 manat pul, oyun aparatı və sənədlərin oğurlanması barədə Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinə məlumat daxil olub.

Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.


Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən O. Məmmədzadə müəyyən olunaraq saxlanılıb.


Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR