Bank Of Baku

Xırdalanda üç avtomobil toqquşub

Xırdalanda üç avtomobil toqquşub
# 14 avqust 2023 01:52 (UTC +04:00)

Xırdalan şəhərində üç avtomobilin toqquşması ilə nəticələnən zəncirvari qəza baş verib.

APA xəbər verir ki, zəncirvari qəza Məmməd Əmin Rəsulzadə küçəsində qeydə alınıb. Qəza "Nissan", "Honda" və "Khazar" markalı avtomobillərin iştirakı ilə baş verib.

Hadisə nəticəsində avtomobillərə ziyan dəyib. Əraziyə DYP əməkdaşları cəlb edilib. Avtomobillər ərazidən kənarlaşdırılaraq, yolda hərəkət tam bərpa olunub.

Faktla bağlı araşdırma aparılır.

Elşən Yəhyayev

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR