Bank Of Baku

Xızıda dəyirmanda 2 nəfər qazdan zəhərlənərək ölüb

Xızıda dəyirmanda 2 nəfər qazdan zəhərlənərək ölüb
# 14 avqust 2023 11:43 (UTC +04:00)

Avqustun 13-də Xızı rayonunda yerləşən un dəyirmanı müəssisəsində 2 nəfərin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Xızı rayon prokurorluğundan APA-ya verilən məlumata görə, ilkin araşdırma zamanı həmin müəssisədə iş görərkən 1974-cü il təvəllüdlü Cavid Qocayev və 1981-ci il təvəllüdlü Müşfiq Muqbilovun texniki quyularda yaranmış qazdan zəhərlənmə nəticəsində ölməsi, 1985-ci il təvəllüdlü Xəyal Rəsulovun isə zəhərlənməsi müəyyən edilib.

Faktla bağlı Xızı rayon prokurorluğunda araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR