Bank Of Baku

Xızıda subasmaya məruz qalan evlərlə bağlı tədbirlər görülür - VİDEO

Xızıda subasmaya məruz qalan evlərlə bağlı tədbirlər görülür - VİDEO
# 30 avqust 2023 16:54 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə intensiv yağışlarla əlaqədar Xızı rayonunun Giləzi qəsəbəsində bəzi fərdi yaşayış evlərinin subasmaya məruz qalması barədə məlumat daxil olub.

Nazirlikdən APA-ya verilən xəbərə görə, məlumatla əlaqədar dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri yağıntıların törətdiyi fəsadların aradan qaldırılması işlərinə cəlb olunub.

FHN-in qüvvələri tərəfindən su basmış fərdi yaşayış evlərinin həyətyanı sahələrindən suyun çəkilərək kənarlaşdırılması istiqamətində zəruri tədbirlər davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR