Bank Of Baku

Xocəsəndə açıq ərazidə yanğın söndürülüb - VİDEO - YENİLƏNİB-1

Xocəsəndə açıq ərazidə yanğın söndürülüb - VİDEO  - YENİLƏNİB-1
# 22 iyun 2023 17:18 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyi Xocəsəndə açıq ərazidə baş verən yanğın barədə məlumat yayıb.

Nazirlikdən APA-ya verilən məlumatda qeyd olunub ki, bu gün günorta saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsində təkər tullantılarının yığıldığı açıq sahədə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində 350m² sahədə təkər tullantıları, ümumi sahəsi 16m² olan konteyner və “DAF” markalı yük avtomobilinin kabinası yanıb.

Yanğınsöndürənlərin səyi nəticəsində “DAF” markalı avtomobilin qalan hissəsi, habelə ərazidə park edilmiş yük avtomobilləri və bitişik obyekt yanğından mühafizə olunub.

***

12.56

Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsində təkər tullantılarının olduğu açıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri tərəfindən söndürülüb.

APA xəbər verir ki, bu barədə FHN mətbuat xidməti məlumat yayıb.

Əlavə məlumat veriləcək.

***

11.55

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsində açıq ərazidə təkər tullantılarının yanması barədə ilkin məlumat daxil olub.

FHN-dən APA-ya verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR