Bank Of Baku

Xocəsəndə obyektdə yanğın söndürülüb - YENİLƏNİB-1 - VİDEO

Xocəsəndə obyektdə yanğın söndürülüb - YENİLƏNİB-1  - VİDEO
# 22 avqust 2023 19:21 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu, Xocəsən qəsəbəsi ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə APA-ya FHN-dən bildirilib.

Qeyd edilib ki, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğının geniş ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ilkin məlumata əsasən, təxminən 1000 m² sahədə yerləşən taxta, karton və plastik yeşiklərin satış məntəqəsinin 300 m²-i yanıb.

Satış məntəqəsinin qalan hissəsi, yaxınlıqda yerləşən fərdi yaşayış evləri və təkər satışı məntəqəsi yanğından mühafizə olunub.

***

18:26

Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsində obyektdə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

APA xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Əlavə məlumat veriləcək.

***

17.58

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsində obyektdə yanğın olması barədə ilkin məlumat daxil olub.

FHN-dən APA-ya verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR