Bank Of Baku

Yardımlıda keçmiş məhkum narkotiklə bağlı həbs olunub

Yardımlıda keçmiş məhkum narkotiklə bağlı həbs olunub
# 01 noyabr 2024 15:06 (UTC +04:00)

Səkkiz dəfə məhkum olunmuş şəxs Yardımlıda narkotiklə tutulub.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri əməliyyat zamanı 46 yaşlı Ruslan Məmmədov saxlanılıb. Onun üzərindən 1 kiloqrama yaxın marixuana aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb.

Həmin şəxs bundan əvvəl Cinayət Məcəlləsinin bir neçə maddəsilə təqsirli bilinərək ümumilikdə 8 dəfə məhkum olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR