Bank Of Baku

Yasamalda 65 yaşlı kişi dərmandan zəhərlənərək ölüb

Yasamalda 65 yaşlı kişi dərmandan zəhərlənərək ölüb
# 29 dekabr 2025 11:08 (UTC +04:00)

Yasamal rayon sakini dərmandan zəhərlənərək ölüb.

APA xəbər verir ki, hadisə dekabrın 28-də baş verib. 1960-cı il təvəllüdlü Asif Allahverdiyev yaşadığı evdə dərmandan zəhərlənmə ilə xəstəxanaya gətirilib və orada ölüb.

Fakt araşdırılır.

TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, dekabrın 24-də 1960-cı il təvəllüdlü şəxs (kişi) dərmandan zəhərlənmə səbəbilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub.

"Göstərilən intensiv tibbi yardımlara və həkimlərin çoxsaylı səylərinə baxmayaraq 28.12.2025-ci il tarixində saat 05:10 radələrində pasiyentin ölüm faktı qeydə alınıb", deyə məlumatda qeyd olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR