Yasamalda binada yanğın olub

Yasamalda binada yanğın olub
# 20 iyun 2024 18:17 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən binada qısaqapanma nəticəsində yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-dən APA-ya verilən məlumata görə, dərhal əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Xəsaret alan yoxdur, bina zədə görməyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR