Bank Of Baku

Yasamalda ticarət obyektinə 9 min manata yaxın ziyan vuran şəxs saxlanılıb

Yasamalda ticarət obyektinə 9 min manata yaxın ziyan vuran şəxs saxlanılıb
# 17 iyun 2023 12:05 (UTC +04:00)

İyunun 15-də Yasamal rayonu ərasizindəki marketə gəlmiş naməlum şəxs orada olan spirtli içkiləri qəsdən sındıraraq ticarət obyektinə 9 min manata yaxın ziyan vurmuşdur.

DİN-in Mətbuat Xidmətindən APA-ya bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində başqasının əmlakını qəsdən məhv etməkdə şübhəli bilinən İkram Hüseynov saxlanılmışdır.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 186.1-ci (əmlakı qəsdən məhv etmə və ya zədələmə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR