Yasamal rayonu, Moskva prospekti (tunelin çıxış hissəsində) hərəkətdə olan yük avtomobilində yanğın baş verib.
Bu barədə APA-ya NİİM-dən məlumat verilib.
Bildirilib ki, hazırda metronun “20 Yanvar” stansiyası istiqamətində sıxlıq yaranıb.
DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən yol polisinə məlumat verilib və sıxlığın aradan qaldırılması istiqamətində işlər görülür.