Yevlaxda evdə yanğın olub.
APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, Kövər kəndində ümumi sahəsi 156 m² olan birmərtəbəli 3 otaqlı evin 1 otağının və mətbəxinin yanar konstruksiyaları 60 m² sahədə və dam örtüyü yanıb.
Evin qalan hissəsi və yaxınlıqdakı tövlə yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.