Bank Of Baku

Yevlaxda yol qəzası olub, 2 nəfər ölüb

Yevlaxda yol qəzası olub, 2 nəfər ölüb
# 26 oktyabr 2025 18:51 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Yevlax şəhərinin Yuxarı Qarxun kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Nazirlikdən APA-ya verilən məlumata görə, Aran Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə hadisə yerinə cəlb olunublar.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "Mercedes" və “КамАЗ” markalı iki yük avtomobili toqquşub, 2 nəfər yük avtomobilində sıxılı vəziyyətdə qalıb.

Həyata keçirilən tədbirlər nəticəsində sıxılı vəziyyətdə qalan 2 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR