Bank Of Baku

Yol polisinin tələbinə əməl etməyən yük maşını sürücüsü həbs edilib

Yol polisinin tələbinə əməl etməyən yük maşını sürücüsü həbs edilib
# 22 iyun 2023 17:29 (UTC +04:00)

Yol polisinin qanuni tələbinə əməl etməyən yük avtomobilinin sürücüsü saxlanılıb.

DYP-dən APA-ya verilən xəbərə görə, yol patrul xidmətinin əməkdaşları tərəfindən yükdaşıma qaydalarını pozduğuna görə “Saxla” işarəsi verilən “Shacman” markalı, 99-XM-703 dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü Əli Hüseynov polisin qanuni tələbinə tabe olmayaraq hərəkətini davam etdirib.

Baş DYP İdarəsinin YPX Alayının I taqımının əməkdaşları tərəfindən görülən tədbirlər nəticəsində Əli Hüseynov saxlanılıb.

Sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Əli Hüseynov inzibati qaydada həbs edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR