Bank Of Baku

Yolu keçən 2 piyadanı maşın vurub

Yolu keçən 2 piyadanı maşın vurub
# 24 dekabr 2022 11:11 (UTC +04:00)

Dekabrın 23-də saat 11 radələrində Beyləqan rayonunun Qaradağlı kəndi ərazisində Füzuli rayon sakini Ə.Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən kənd sakini P.Cəfərovu vurub və nəticədə piyada hadisə yerində ölüb.

DİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hadisə ilə bağlı Beyləqan Rayon Polis Şöbəsində araşdırma aparılır.

Ötn gün həmçinin, saat 15 radələrində Binəqədi rayonunun Binəqədi qəsəbəsi ərazisində qəsəbə sakini H.Nağızadə idarə etdiyi “Ford” markalı avtomobillə yolu keçən X.Kərimovanı vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR