Bank Of Baku

Zaqatalada avtomobillə piyadanı vurub qaçan sürücü saxlanılıb - FOTO - YENİLƏNİB

Zaqatalada avtomobillə piyadanı vurub qaçan sürücü saxlanılıb - FOTO  - YENİLƏNİB
# 31 iyul 2025 16:28 (UTC +04:00)

Zaqatalada avtomobillə 59 yaşlı qadını vurub hadəsə yerindən yayınan sürücü saxlanılıb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, Zaqatala rayon Polis Şöbəsi əməkdaşlarının apardıqları əməliyyat-axtarış tədbirləri nəticəsində Südabə Mürsəliyevanı idarə etdiyi "VAZ -2106” markalı avtomobillə vurub öldürərək hadisə yerindən qaşan sürcünün Muxax kənd sakini 1958-ci il təvəllüdlü Fikrət Ramazanov olduğu müəyyən edilib.

F.Ramazanov polis əməkdaşları tərəfindən saxlanılıb.

***

14.53

Zaqatalada maşın piyadanı vuraraq öldürüb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə Zaqatala-Muxax avtomobil yolunun Muxax kəndi ərazisindən keçən hissəsində baş verib. Məlumata görə, avtomobil 1966-cı il təvəllüdlü Muğanlı kənd sakini Südabə Mürsəliyevanı vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Piyadanı vuran avtomobilin hadisə yerindən yayındığı bildirilir.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR