Bank Of Baku

Zaqatalada fərdi yaşayış evində yanğın olub

Zaqatalada fərdi yaşayış evində yanğın olub
# 22 avqust 2024 08:28 (UTC +04:00)

Zaqatalada fərdi yaşayış evində yanğın olub.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, yanğın hadisəsi səhət saat 05 radələrində rayonun Qımır kəndində Elnur İbrahim oğlu Səmədova məxsus kürsülü ikiotaqlı fərdi yaşayış evində baş verib.

Yanğının söndürülməsi üçün hadisə yerinə Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası cəlb edilib.

Yanğın nəticəsində evin 70 kv/m-lik hissəsinin yanar konstruksiyaları və ərazidə olan ev əşyaları yanıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR