Bank Of Baku

Zaqatalada yol qəzasında ər-arvad xəsarət alıb - FOTO

Zaqatalada yol qəzasında ər-arvad xəsarət alıb - FOTO
# 24 sentyabr 2025 15:29 (UTC +04:00)

Zaqatalada motosikletlə avtomobil toqquşub.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə günorta saatlarında Zaqatala-Qax avtomobil yolunda, rayonun Muxax kəndi ərazisində baş verib.

Qəza zamanı Muxax kənd sakinləri - 64 yaşlı Aydın Həmzəyev və həyat yoldaşı 64 yaşlı Nigar Həmzəyevə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Onlar Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə korpusuna yerləşdiriliblər.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR