Zərdabda Aşağı Şirvan kollektorunda balıq tutan zaman suya düşərək ölən şəxs epilepsiya xəstəsi olub.
APA-nın yerli bürosunun xəbərinə görə, rayon ərazisində qayıqla balıq tutmaq istəyən 1994-cü il təvəllüdlü Murad Cümşüdlü suya yıxılaraq ölüb. Məlumata görə, M.Cümşüdlü epilepsiya xəstəsi olub. Onun xəstəlik tutması nəticəsində suya düşdüyü bildirilir.
Zahid Abışov
***
09.37
Zərdabda kanaldan balıq tutan şəxs boğularaq ölüb.
APA xəbər verir ki, hadisə dünən rayonun Bəyimli qəsəbəsində baş verib.
Belə ki, Murad Cümşüdlü qəsəbə ərazisindən keçən kanalda balıq tutarkən ehtiyatsızlıqdan suya düşərək boğulub.
Faktla bağlı araşdırma aparılır.