Bank Of Baku

Zərdabda Kür çayında batan 13 yaşlı qızın axtarışları davam etdirilir - VİDEO

Zərdabda Kür çayında batan 13 yaşlı qızın axtarışları davam etdirilir - VİDEO
# 27 dekabr 2024 11:26 (UTC +04:00)

Zərdabda Kür çayında 3 gün əvvəl batan şəxsin axtarışları davam etdirilir.

APA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, dekabrın 24-də Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Kür çayının Zərdab rayonu, Əlvənd kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub və dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupları tərəfindən axtarışlara başlanılıb.

Hazırda 2011-ci il təvəllüdlü Kərimli Saray Sərvan qızının batdığı ehtimal edilən istiqamətlərdə dalğıclar cəlb edilməklə axtarışlar davam etdirilir.

Əlavə məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR