Bəzi rayonlarda şimşək çaxıb, arabir yağış yağıb - FAKTİKİ HAVA

Bəzi rayonlarda şimşək çaxıb, arabir yağış yağıb - FAKTİKİ HAVA
# 17 iyun 2024 11:30 (UTC +04:00)

İyunun 17-si saat 10:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, əksər rayonlarda hava şəraiti sabit, əsasən yağmursuz keçib, lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxıb, arabir yağış yağıb.

Bu barədə APA-ya ETSN-in Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Düşən yağıntının miqdarı Gədəbəydə 3 mm, Şəkidə 1 mm-dək olub.

İyunun 16-da şərq küləyi Culfada arabir 19 m/s-dək güclənib.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 34, Naxçıvan MR-da və Aran rayonlarında 37, dağlıq rayonlarda 28 dərəcəyədək isti olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR