Bank Of Baku

Dağlıq ərazilərdə qar yağıb - FAKTİKİ HAVA

Dağlıq ərazilərdə qar yağıb - FAKTİKİ HAVA
# 25 yanvar 2025 09:48 (UTC +04:00)

Yanvarın 25-i saat 9:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən məlumata görə, yanvarın 25-i saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib. Lakin gecə saatlarında bəzi qərb rayonlarında arabir yağıntılı olub, dağlıq ərazilərdə qar yağıb.

Yağan qarın hündürlüyü Şahbuzda 5, Daşkəsəndə 1 sm-dir.

Sumqayıt, Qusar, Naftalan, Şəmkir, Qobustan, Yevlax, Zərdab, Sabirabadda duman müşahidə olunub. Dumanda görünüş 50-200 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 4, Aran rayonlarında 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, Naxçıvan MR və dağlıq rayonlarda 8 dərəcəyədək şaxta qeydə alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR