Dağlıq və dağətəyi rayonlarda leysan olacaq, dolu düşəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Dağlıq və dağətəyi rayonlarda leysan olacaq, dolu düşəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
# 23 iyun 2024 12:54 (UTC +04:00)

Hava şəraiti ilə bağlı xəbərdarlıq edilib.

Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, iyunun 24-25-də əsasən gündüz saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə (Daşkəsən-Gədəbəy, Qarabağ və Şərqi Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Naxçıvan MR, Lənkəran-Astara) yağıntıların qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın və Lənkəran-Astara bölgəsinin ərazisindən axan bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR