Minik avtomobilində uşaqların daşınmasına dair yeni qadağa müəyyənləşir

Minik avtomobilində uşaqların daşınmasına dair yeni qadağa müəyyənləşir
# 28 iyun 2024 12:04 (UTC +04:00)

Minik avtomobilində uşaqların daşınmasına dair yeni qadağa müəyyənləşir.

APA-nın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Yol hərəkəti haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, minik avtomobilinin arxa oturacağında uşağı saxlayan xüsusi qurğu olmadıqda 3 yaşınadək uşaqları (arxa oturacaqda yanında bir nəfər böyük müşayiətçi olduğu hallar istisna olmaqla) həmin nəqliyyat vasitələrində daşımaq qadağan edilir.

Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR